II Qarabağ müharibəsindən sonra qazi intiharları - Regional statistika
2020-ci il "II Qarabağ müharibəsi"-dən bu günədək Azərbaycanda 50-dən çox qazi intihar edib. Qazi intiharlarının əsas səbəbləri sırasında sosial təminat problemləri və psixoloji səbəblər yer alır. Biz son 5 ildə Azərbaycan mediasında yer alan qazi intiharları ilə bağlı xəbərlərin monitorinqini apardıq və regionlar üzrə intihar hallarının statistikasını formalaşdırdıq.
Xoşbəxtlik indeksi: Azərbaycanlılar nə qədər xoşbəxtdir?
Bir müddət əvvəl BMT-nin Davamlı İnkişaf Həlləri Şəbəkəsi 2024-cü il üçün illik Xoşbəxtlik İndeksi hesabatını yayımladı. "Dünya Xoşbəxtlik Hesabatı" müxtəlif ölkələrdə rifah səviyyəsini və əhalinin həyatdan məmnuniyyət dərəcəsini ölçən göstəricidir. Bu indeks əsasən aşağıdakı amillər əsasında hesablanır: adambaşına düşən ÜDM, sosial dəstək, sağlam həyat gözləntisi, həyat tərzi seçimində azadlıq, korrupsiya dərəcəsi və s.
Tələbə haqqları yoxsa, təhsil haqqları?
2024-cü il ərzində Azərbaycanda 10.746 tələbə təhsil haqqının ödənilməməsi, dərs buraxma və ya öz xahişi ilə universitetdən xaric edilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent 12" (2024) jurnalında məlumat verilib. Statistikaya nəzərə saldıqda Azərbaycanda son 5 ildə təhsil müəssisələrindən xaric olunan tələbələrin sayında kəskin artım müşahidə olunur. Bəs görəsən bu artımın səbəbi nədir?
İşçi ölümləri: ehtiyatsızlıq yoxsa, siyasi sistemin günahı?
İyulun 22-də Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində aparılan tikinti işləri zamanı fəhlə kimi çalışan 2005-ci il təvəllüdlü Ariz Ağayarov torpaq uçqununun altında qalaraq həlak olub. Eyni gündə bir digər fəhlə ölümü isə Xırdalan şəhərində baş verib. 1996-cı il təvəllüdlü Anar Nastakalov tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb. Mediada hər iki faktla bağlı prokurorluq orqanları səviyyəsində araşdıra aparıldığı qeyd olunur.
Təhsilsiz gələcək: Azərbaycanda qızlar üçün seçim varmı?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də çıxış edib. Öz çıxışında Azərbaycanın gender bərabərliyi mövzusunda “dünya ölkələri üçün model” olduğunu vurğulayıb. Bəs görəsən Bahar Muradovanın iddiası Azərbaycandakı real vəziyyəti əks etdirirmi? Doğrudanmı Azərbaycan gender bərabərliyi sahəsində dünya ölkələri üçün “model” olacaq vəziyyətdədir?